Xəbərlər
RUDN Rusiya Xalqlar Dostluğu Universiteti (RXDU) –nin kimyaçısı "yaşıl" bioyanacaq üçün yeni katalizator işləyib hazırladı.
Okt 26, 2020 | 10:59 / Maraqlı məlumatlar
Oxunub 2273 dəfə

RUDN (RXDU) –nin əməkdaşı Rafael Luke, enerjitutumu bioyanacaq olan qamma-valerolakton istehsalı üçün katalizator sintez etdi.

Sirkonium dioksid və seolit əsaslı katalizator odun mənşəli bitki məhsulunun tullantısını –metil levulinata-qamma-valerolaktona çevrilməsində yüksək effektivlik göstərir.

Katalizator daşıyıcısı olaraq kimyaçılar tərkibi silisium , alüminium və  oksigendən ibarət olan seolitləri seçmişlər.

Seolitlər - nanokompozit materialların və katalizatorlarınalınması üçün müxtəlif turşu mərkəzləri olan açıq zolaqlı karkas quruluşuna görə cəzb edici materialdır.

 Sirkonium duzu və seolitin mexaniki-kimyəvi qarışdırılması və sondakı termiki işlənməsi nəticəsində RUDN(RXDU) –nin kimyaçıları sirkonium dioksidin nanohissəcikləri olan bir katalizator ala bildilər.

RUDN(RXDU) –nin kimyaçıları axar reaktorda proton həlledici mühitində təhlükəli qaz halında olan hydrogen istifadə etmədən metil levulinatın hidrogenləşmə reaksiyasında yeni katalizatoru sınaqdan keçirdilər.

Təcrübə zamanı katalizator qamma - valerolaktonun əmələ gəlməsinin məqsədyönlü reaksiyasında yüksəkaktivlik və seçicilik göstərmişdir.

Məqalə Molecular Catalysis jurnalında çap olunub.

JURNALLAR
Faydalı linklər