Xəbərlər
Həkim D vitamininin koronavirusa təsirini AÇIQLADI
Okt 09, 2020 | 12:13 / Maraqlı məlumatlar
Oxunub 2293 dəfə

Payız dövründə koronavirus xəstəliyinin artması D vitamini çatışmazlığı ilə əlaqəlidir.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu müsahibəsində həkim və televiziya aparıcısı Sergey Malozyomov söyləyib. Ekspert qeyd edib ki, qanda D vitamini çatışmazlığı koronavirus infeksiyası riskini xeyli pisləşdirir, eyni zamanda, virusa yoluxan insanlar xəstəliyi daha ağır keçirir.

Son elmi araşdırmalara görə, xəstəlik artıq başlamış olsa da, qanda D vitamini normal səviyyədədirsə, orqanizm onun öhdəsindən daha asan gələcək.

Malozyomova görə, D vitaminini balıq və ya dəniz məhsullarından almaq yaxşıdır. Eyni zamanda, bahalı növlər almaq lazım deyil, əsas odur ki, orada balıq yağı var. Həkim əlavə edib ki, soyuq iqlimin xüsusiyyətlərinə görə, tez-tez D vitamini və dəniz məhsullarından istifadənin mənfi təsiri yoxdur.

JURNALLAR
Faydalı linklər