Xəbərlər
KQKİ-də İnstitutun Mülki Müdafiə dəstələri ilə keçirilmiş Xəbərdarlıq və Toplanış məşqləri
Sen 28, 2020 | 23:00 / Konfranslar, iclaslar
Oxunub 1601 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 2020-ci il üçün Mülki Müdafiə tədbirləri planına müvafiq olaraq, 25 sentyabr 2020-ci il tarixində İnstitutun Mülki Müdafiə dəstələri ilə (iş vaxtı) Xəbərdarlıq və Toplanış məşqinin keçirilməsi planlaşdırılmışdır.

Tədbirə rəhbər heyət, Mülki Müdafiə qərargahın və MM qüvvələrinin komandir-rəis  heyətləri cəlb olunmuşdur.

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə dövlət orqanlarında və qurumlarında xüsusi iş (əmək) rejiminə riayət edilmişdir. Bununla əlaqədar olaraq, tədbir zamanı Koronavirus infeksiyasından mühafizə məqsədilə tədbirin müddəti qısaldılmışdır. İştirakçıların sayı 10 nəfərdən az idi. Tədbir açıq havada keçirilmişdir. MM məşqindən öncə bütün dezinfeksiya tədbirləri həyata keçirilmişdir. Tədbir iştirakçılar arasında ara məsafə qorunmaqla və qoruyucu maskalardan istifadə etməklə keçirildi.

Ümumən qarşıya qoyulmuş məqsədə tam nail olunmuşdur.

JURNALLAR
Faydalı linklər