Xəbərlər
Azərbaycanlı alimlərin xarici həmkarlarla birgə məqaləsi impakt faktorlu jurnalda dərc olunub
Sen 28, 2020 | 19:00 / Nəşrlər
Oxunub 1902 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyevin xarici həmkarları ilə birlikdə növbəti “Çoxnüvəli Zn(II)- arilhidrozon kompleksləri aldehidlərin sianosililləşməsi üçün katalizatorlar kimi”məqaləsi impakt faktoru 2.304 olan jurnalda dərc edilib.

«Journal of Organometallic Chemistry» jurnalında dərc edilən məqalə beynəlxalq müştərək tədqiqatların nəticəsi olaraq hazırlanıb. Jurnal dünyaca məhşur olan “Springer Nature” nəşriyyatında çap olunur və Clarivate Analytics bazasında impakt faktoru 2.304-dür.

Məqalədə ZnCl2 və ya Zn(CH3COO)2 duzlarına metanol mühitində müvafiq üzvi liqantlarla təsir etməklə çoxnüvəli üç Zn(II)- arilhidrozon komplekslərinin sintezi və katalitik xüsusiyyətləri haqqında olan nəticələr verilmişdir. Alınmış kompleks birləşmələr müxtəlif alifatik və aromatik aldehidlərin üçmetilsilisianidlə sianosilləşmə reaksiyasında katalizator kimi sınaqdan keçirilmiş və göstərilmişdir ki, sianohidrinin 3-metil silisil efiri bu katalizatorların iştirakı ilə otaq temperaturunda və metanol mühitində yüksək çıxımla alınır (72-98 %).

Zhen Ma, Vusala A. Aliyeva, Dilgam B. Taghiyev, Fedor I. Zubkov, Firudin I. Guseinov, Kamran T. Mahmudov, Armando J.L. Pombeiro. Multinuclear Zn(II)-arylhydrazone complexes as catalysts for cyanosilylation of aldehydes. Journal of Organometallic Chemistry .2020., https://doi.org/10.1016/j.jorganchem.2020.121171

JURNALLAR
Faydalı linklər