Xəbərlər
İnstitutun əməkdaşlarının "Phase equilibria, thermodynamic analysis and electrical properties of the Li2O–Y2O3–B2O3 system " məqaləsi Impakt Faktoru 4.65 (CA) olan Journal of Alloys and Compounds jurnalında dərc olunmuşdur.
Sen 22, 2020 | 10:50 / Nəşrlər
Oxunub 2449 dəfə

Li2O–Y2O3–B2O3 sistemindəki faz tarazlıqları termodinamik, diferensial termiki analiz və rentgen diffraktometrik üsulları ilə öyrənilmişdir. 2Li2O⋅Y2O3⋅5B2O3, 6Li2O⋅Y2O3⋅3B2O3, 3Li2O⋅2Y2O3⋅3B2O3 əvvəllər qeyd olunan ara birləşmələrin fiziki-kimyəvi xüsusiyyətləri aydınlaşdırılıb. Li-O2-Y2O3-B2O3 sistemi üçün polytermal kəsiklərin T-x diaqramları, 25 °C-də izotermik kəsiyi və likvidus səthinin proyeksiyası qurulmuşdur. Li2O–Y2O3–B2O3 sisteminin birləşmələrinin elektrik keçiriciliyi üçün temperatur asılılıqları öyrənilmişdir. Polikristal şəklində olan birləşmələrin keçiriciliyi temperaturdan asılı olaraq eksponensial qanunla dəyişir. Bu, tədqiq olunan nümunələrin keçiriciliyinin yarımkeçirici xüsusiyyətini göstərir. Bu nümunələr üçün keçiriciliyin aktivasiya enerjiləri müəyyən edilmişdir.

Açar sözlər: Oksid materialları, Li2O–Y2O3–B2O3, nadir torpaq ərintiləri və birləşmələri, termodinamiki analiz, faza diaqramları, elektrik keçiriciliyi.

Asadov M.M., Kuli-zade E.S. Phase equilibria, thermodynamic analysis and electrical properties of the Li2O–Y2O3–B2O3 system // Journal of Alloys and Compounds. JALCOM (IF 4.650) Pub Date: 2020-05-23. https://doi.org/10.1016/j.jallcom.2020.155632

JURNALLAR
Faydalı linklər