Xəbərlər
Nanoborulardan hazırlanan “Kürk palto" lazeri gücləndirəcəkdir.
Sen 14, 2020 | 12:24 / Maraqlı məlumatlar
Oxunub 2209 dəfə

Bir qrup rus materialşünas  alimləri, mineral barium floridin səthində nanoborulardan  spesifik bir örtük  işləyib  hazırladılar.

“Barium floridin səthində lazer yönümlü çökmə üsulu ilə karbon nanoboruları tətbiq etdikdən sonra onun xassələrində kəskin dəyişiklik baş verir. Belə ki, yeni material (BaF2 + CNTs) ultrabənövşəyi şüalanmaya (dalğa uzunluğu 280 ilə 380 nm arasında) daha şəffaf olur. Hidrofob keyfiyyətləri  artır. Belə ki, material çirklənməyə daha az həssas olur və daha sürətlə quruyur). Bundan başqa nanoboruların tətbiqi barium floridinin bərkliyini 10% artırır. Tədqiqatı aparan alimlərdən biri olan Dmitri Kvaşnin alınan nəticələri maddələr arasında kovalent  əlaqənin əmələ gəlməsi ilə izah edir.

Alimlərin fikrinə görə əldə edilən nəticələr optoelektronikada, spektrin infraqırmızı diapazonunda işləyən həssas diodlar üçün qoruyucu örtüklərin hazırlanmasında tətbiqini tapa bilər. Həm də, bu yeni material mürəkkəb optoelektronikanın tozdan qoruyucu elementləri kimi istifadə edilə bilər.

Aparılan elmi işlərin nəticələri Coatings beynəlxalq elmi jurnalında nəşr olunmuşdur.

 

https://scientificrussia.ru/articles/shuba-iz-nanotrubok-usilit-lazer

JURNALLAR
Faydalı linklər