
Ağayeva Zenfira Rza qızı Ən Yaxşı Vətənpərvər Tədqiqatçı Alim Qızıl Medalı ilə təltif olunmuşdur.
Sen 05, 2016 | 12:07 / Mühüm hadisələr
Sen 05, 2016 | 12:07 / Mühüm hadisələr
Oxunub
4776 dəfə
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş elmi işçisi, kimya elmləri doktoru Ağayeva Zenfira Rza qızı "Avropa Nəşr Mətbuat Evi" mükafat komissiyasının qərarı ilə istedadlı gənc alimlərin hazırlamasında səmərəli fəaliyyətinə, neft, qaz yataqlarının işlənməsində, istismarında ətraf mühitin mühafizəsi, profilaktik tədbirlərin təşkilinə kompleks yanaşma sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, elmi-publisistik kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkədə kimya elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə Ən Yaxşı Vətənpərvər Tədqiqatçı Alim Qızıl Medalı ilə təltif olunmuşdur.