Xəbərlər
Plutonium oksidi nanohissəciklərinin quruluşunun iri kristallara bənzər olduğu aşkar edildi.
Sen 04, 2020 | 10:07 / Maraqlı məlumatlar
Oxunub 2015 dəfə

Nüvə reaktorları işlədiyi zaman mütləq radioaktiv tullantılar əmələ gəlir. Bunların arasında plutonium izotopları ən uzun ömürlülərdən biridir. 2014-cü ilin sonuna gədər 33 ölkədə 2400 tona yaxın plutonium var idi və son on ildə onun miqdarı ildə təxminən 50 tona qədər artır. Bir çox ölkələr nüvə tullantılarını xüsusi qablarda yer altına basdırırlar. Lakin, tədqiqatçılar illər keçdikcə nüvə tullantılarında və təbiətdə plutonium birləşmələri ilə nə baş verdiyini dəqiq bilmirlər.

Yevgeni Qerber M.V.Lomonosov adına Moskva Dövlət Universitetindən və Avropa ölkələri institutlarından olan həmkarları ilə birlikdə PuO2 – plutonium oksidinin və bu elementlə geokimyəvi reaksiyalar zamanı tez-tez əmələ gələn nanohissəciklərinin quruluşu və xüsusiyətlərini tədqiq etdilər. Rus alimləri Avropa həmkarları ilə birlikdə prekusorda plutoniumun oksidləşmə dərəcəsindən  asılı olmayaraq, ammonyak məhlulu ilə çökdürüləndə oxşar ölçülü və kristal quruluşlu tetravalent plutonium oksidinin nanohissəciklərinin alındığını müəyyən etdilər. Alınmış nanohissəciklərin kristal quruluşu PuO2 böyük kristallarının quruluşundan fərqlənmədiyi aşkar olundu.

Tədqiqatın nəticələri Nanoscience jurnalında dərc olunmuşdur.

JURNALLAR
Faydalı linklər