Xəbərlər
Braziliya və Ekvadordan Çinə göndərilən bəzi dondurulmuş ərzaq məhsullarında virus aşkar edilib.
Avg 19, 2020 | 18:06 / Maraqlı məlumatlar
Oxunub 1453 dəfə

Ölkənin bəzi yerlərində bu məhsulların satışına qadağa qoyulsa da, mütəxəssislər bu paketlərdən virusun ötürülə biləcəyinə dair xəbərdarlıq edib. Odur ki, Çin rəsmiləri bəzi məhsulların idxalını dayandırmağa qərar verib.

ABŞ-ın tanınmış media nəhənglərindən biri olan “Bloomberg” COVID-19-un dondurulmuş qidalarda aşkar edildikdən sonra insanları bu şəkildə yoluxdurma ehtimalını gündəmə gətirib. Mütəxəssislər dondurulmuş qidaların yoluxdurma ehtimalının çox aşağı olduğunu vurğulayıb. Bununla belə soyuducu anbar və ət kəsmə mərkəzləri soyuq və quru olduğu üçün virusun yayılması üçün əlverişli mühit yaratdığı qeyd edilib.

Honkonq Universitetinin Biostatistika və Epidemiologiya şöbəsinin müdiri Benjamin Coulinqin sözlərinə görə, virus dondurulduqda yaşamağa davam edir. Bu, infeksiyanın dondurulmuş qida yolu ilə yayılmasının mümkün olduğunu göstərir: “Dondurulmuş məhsulun üzərində qalan virusa toxunsaq, daha sonra əlimizi burun və ağzımıza vursaq, infeksiyaya yoluxma ehtimalı istisna edilmir. Çox geniş yayılma üsulu deyil, ancaq bu yolla yoluxmaq mümkündür”.

Çinli həkim Jonq Nanşan da virusun idxal olunan dondurulmuş qidadan yoluxma hallarının çox nadir rast gəlinən hadisə olduğunu bildirib.

JURNALLAR
Faydalı linklər