Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda I kurs magistrantların imtahanları onlayn formada keçirilir.
İyl 06, 2020 | 13:00 / Konfranslar, iclaslar
Oxunub 3836 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan I kurs magistrantların yay imtahan sessiyası davam edir.

Ölkə ərazisində tətbiq olunan karantin rejimi ilə əlaqədar magistrantların imtahanları “Zoom” platforması üzərindən onlayn təşkil olunur.

İndiyədək magistrantlar tədris planında nəzərdə tutulan fənnlərdən - "Kompozit materiallar", "Qeyri-üzvi kimyada fiziki metodlar", "Ali məktəb pedaqoqikası", "Fəlsəfə", "Psixologiya", "Fotokimyəvi və zəncirvari reaksiyalar", "Kimyəvi reaksiyaların modelləşdirilməsi" imtahanlarını müvəffəqiyyətlə veriblər. Magistrantlar bu gün "Müasir fiziki-kimyəvi tədqiqat üsulları", “Smart polimerlər” və “Biomimetik sensorlar” fənnlərindən imtahan verirlər. İmtahan verən magistrantlar şifahi olaraq 5 sualı cavablandırırlar.

Qeyd edək ki, magistrantlar iyulun 13-də "Lak-boya materialları" və “Kimyada təqribi həll üsulları” fənnlərindən sonuncu imtahanı verməklə yay sessiyasını başa vuracaqlar.

JURNALLAR
Faydalı linklər