
“Dini terminlər lüğəti”nin ikinci nəşri oxucuların ixtiyarına verilib
Avg 26, 2016 | 09:30 / Nəşrlər
Avg 26, 2016 | 09:30 / Nəşrlər
Oxunub
5225 dəfə
AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) daxil olan “Dini terminlər lüğəti” (artırılmış və təkmilləşdirilmiş ikinci nəşri) oxucuların ixtiyarına verilib.
Filologiya üzrə fəlsəfə doktoru Nəriman Seyidəliyevin müəllifi olduğu nəşr din xadimləri, alimlər, tələbələr, müəllimlər, şagirdlər və ümumiyyətlə, dinlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
İzahlı xarakter daşıyan lüğətə daxil edilən 2 minədək söz İslam dini ilə yanaşı, digər səmavi dinlərlə bağlı sözlərin də mənasını açır.