Xəbərlər
Günəş yanacağının istehsalında qeyri-üzvi katalizatorların roluna dair məqalə çapdan çıxıb
May 05, 2020 | 11:55 / Mühüm hadisələr
Oxunub 78 dəfə

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq Bionanotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Süleyman Allahverdiyevin məqaləsi impakt faktoru 13.476 olan “Coordination Chemistry Reviews” jurnalında işıq üzü görüb.

“Fotosistem II-də suyu oksidləşdirən kompleks: onun quruluşu və manqan-oksid əsaslı katalizatorlarla əlaqəsi” adlı məqalədə son dövrlərdəki quruluş tədqiqatları, o cümlədən yüksək ayırıcılıq təhlil olunub. Bundan əlavə, suyu oksidləşdirən kompleksin zərərsiz radiasiya və femtosaniyəlik rentgen lazerləri ilə sərbəst elektronlarda müşahidə edilən aralıq S-vəziyyətləri nəzərə alınaraq, bioloji aktiv sahənin quruluşu və funksiyası müzakirə olunub, onun günəş yanacağının istehsalı üçün qeyri-üzvi katalizatorların işlənib hazırlanmasında əhəmiyyəti göstərilib.

science.gov.az

JURNALLAR
Faydalı linklər