Xəbərlər
"Fox News" koronavirusa yoluxan ilk insanı açıqladı
Apr 16, 2020 | 11:09 / Maraqlı məlumatlar
Oxunub 600 dəfə

Fox News" telekanalı koronavirusa ilk yoluxan insanın Uhan şəhərinin virusologiya laboratoriyasında işləyən şəxs olduğunu bildirir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, müvafiq məlumat telekanalın saytında yerləşdirilib.

"Fox News"un çoxsaylı mənbələrinin sözlərinə görə, virus laboratoriyanın əməkdaşlarından birinə yarasadan keçib. Bildirilir ki, bunun nəticəsində virus laboratoriyanın əməkdaşından başlayaraq Uhan sakinləri arasında yayılıb.

Telekanal qeyd edir ki, sözügüdən laboratoriyanın işi Çinin virusları aşkarlamaqda və onlarla mübarizədə ABŞ-dan üstünlüyünü nümayiş etdirməkdən ibarət olub. Mənbələr bildirirlər ki, virusun yaranmasının bioloji silah istehsalı ilə əlaqəsi yoxdur.

Ağ Evdə keçirilən brifinq zamanı ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalının saytında dərc olunan məlumat haqqında sual verilib. Lakin D.Tramp bunu şərh etməkdən imtina edib:

"Mən bu barədə danışmaq istəmirəm. Lakin deyə bilərəm ki, biz bu hadisə barədə daha çox eşitməyə başlamışıq".

JURNALLAR
Faydalı linklər