Mart 04, 2020 | 14:59 / Konfranslar, iclaslar
Elmi seminarda AMEA akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Spektroskopik analiz” laboratoriyasında böyük elmi işçi vəzifəsini icra edən Dadaşova Nərmin Rasim qızının 2316.01 “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün “Heterogenləşdirilmiş polioksometalat katalizatorları iştirakında tsiklopentanon və onun alkiltörəmələrindən dioksalanların alınması” mövzusunda dissertasiya işinin təqdimatı olmuşdur. İclasda elmi seminar sədri k.e.d., prof. A. Əfəndi, elmi katib k.ü.f.d., dos. L.Həsənova, k.ü.f.d., dos. S. Camalova, k.e.d., dos M.Munşiyeva, k.e.d., prof. S.Məmmədov, k.ü.f.d., dos. S.Zülfüqarova, k.ü.f.d., dos. Ə. Əliyeva, doktorantın elmi rəhbərləri AMEA-nın müxbir.üzvü, prof. H. Əlimərdənov, k.e.d., prof. R. Cəfərova və başqaları iştirak etmişdir. Elmi seminarda rəyçilərin iddiaları və iştirakçılar tərəfindən verilən suallar dissertant tərəfindən ətraflı cavablandırılmışdır. Sonra doktorantın dissertasıya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermə keçerilmışdir. Səsvermənin müsbət nəticəsinə əsaslanaraq dissertasiya işi əsas müdafiəyə tövsiyə edilmişdir.