Xəbərlər
Foto
“Nanostrukturlaşdırılmış metal polimer katalizatorları” lab. müdiri, k.e.d. Nizami Zeynalov Türkiyənin İstanbul Universitetində ezamiyyətdə olmuşdur
Noy 26, 2019 | 15:35 / Mühüm hadisələr
Oxunub 285 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 9 saylı “Nanostrukturlaşdırılmış metal polimer katalizatorları” laboratoriyasının müdiri, kimya elmləri doktoru Nizami Zeynalov 17.11.2019-cu il tarixdən 7 gün müddətində Türkiyənin İstanbul Universitetinin Farmakoloji fakultəsinin Analitik Kimya kafedrasında ezamiyyətdə olmuşdur. Ezamiyyət dövründə o, “Polymer hidrogels with a memory effect as vectors of drugs” mövzusunda  məruzə ilə çıxış etmiş, institutda bu istiqamətdə yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələri barədə məlumat vermişdir. Eyni zamanda, gələcək elmi əməkdaşlıq məsəslələri müzakirə edilmiş və Türkiyə-Azərbaycan birgə Qrant layihəsi çərçivəsində elmi-tədqiqat işlərinin aparılması planlaşdırılmışdır. Ezamiyyət Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 7/3 nömrəli 14 mart 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Polimer əsaslı nanogellərin alınması və onların dərman preparatlarının daşıyıcısı kimi xərçəng xəstəliklərinin müalicəsində tətbiqi” elmi tədqiqat qrant proqramı üzrə həyata keçirilmişdir.

 

JURNALLAR
Faydalı linklər