Xəbərlər
Foto
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda məktəblilər üçün “Açıq qapı” günü keçirilmişdir
Noy 20, 2019 | 13:00 / Görüşlər
Oxunub 4102 dəfə

Noyabrın 20-də AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda Nəsimi rayonu 211 saylı tam orta məktəbin şagirdləri üçün “Açıq qapı” günü keçirilmişdir.

Tədbir çərçivəsində məktəblilər üçün müxtəlif laboratoriyalara ekskursiyalar təşkil edilmiş, onlar institutun laboratoriyalarında quraşdırılan müasir cihaz və avadanlıqlarla yaxından tanış olmuşlar. Məktəblilər üçün “Analitik kimya“ laboratoriyasında müxtəlif əyləncəli təcrübələr nümayiş etdirilmişdir. Bundan başqa şagirdlərə institutun yaranma tarixi, burada çalışmış görkəmli Azərbaycan kimyaçıları, onların həyat və elmi fəaliyyətləri haqqında ətraflı məlumat verilmişdir.

Qeyd etmək lazımdır ki, bu cür tədbirlərin keçirilməsində məqsəd şagirdlərin dünyagörüşünün formalaşdırılması, onlarda kimya elminə marağın artırılmasıdır.

JURNALLAR
Faydalı linklər