Xəbərlər
Gizli elektrolitli yeni yanacaq elementi 2400 km yola kifayət edəcəkdir
Noy 04, 2019 | 11:18 / Maraqlı məlumatlar
Oxunub 63 dəfə

İngiltərəli mühəndis Trevor Ceksonun apardığı sınaqlar göstərdi ki, onun işləyib hazırladığı yanacaq elementi litium-ion batareyasına nisbətən 1 kiloqrama görə doqquz dəfə çox kilovat-saat elektik enerjisinə malikdir. Orta statistik ingilis ailəsi bu yanacaq elementini ildə yalnız bir necə dəfə doldurmalıdır. Bununla yanaşı, onun qiyməti litium-ion batareyalarından altı dəfə ucuzdur.

Beləliklə, indi Austin Electric şirkəti Ceksonun üsuluna əsasən əvvəlcə üç təkərli Asiya taksilərindən olan tuk-tuklar üçün, sonra isə elektrovelo-sipedlər üçün alüminium–hava batareyaları istehsalına başlayacaqdır. Sonda isə adi benzin və ya dizel avtomobillərini elektrikli avtomobillərə çevirmək üçün dəstlər istehsal edəcəklər.

Belə bir dəstin qiyməti 3500 funt sterlinq olacaq və onu 2020 ildə satışa çıxaracaqlar.

JURNALLAR
Faydalı linklər