Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Beynəlxalq konfransda iştirak etmişlər
Sen 30, 2019 | 13:05 / Mühüm hadisələr
Oxunub 187 dəfə

İnstitutun direktoru akademik Dilqəm Tağıyev və laboratoriya müdiri, kimya elmləri doktoru Asif Məmmədov 22-24 sentyabrda Türkiyənin İzmir bölgəsinin Çeşmə şəhərində keçirilən perspektiv materialların termofiziki və mexaniki xassələrinə həsr olunmuş 6-cı Beynəlxalq konfransda məruzəçi kimi iştirak ediblər. Konfransda Almaniyanın, Fransanın, Braziliyanın, Slovakiyanın, Hindistanın, Türkiyənin, Azərbaycanın, Rusiyanın və digər ölkələrin nümayəndələri iştirak edirdilər. Konfransda müxtəlif təyinatlı yeni materialların (istilik boruları, soyutma sistemləri, kompozitlər, ion mayeləri, alüminium panelləri və s.) xassələrinin eksperimental tədqiqi və nəzəri hesablamalarında, eləcə də müxtəlif kimyəvi proseslərin, o cümlədən, biodizelin mikroreaktorda sintezi,  nanomayelərə maqnit sahəsinin təsiri, qeyri-xətti istilik və kütlə köçürmələrinin riyazi modelləşməsi üçün istifadə olunan yeni yaxınlaşmalar və üsullar haqqında məruzələr dinlənildi.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının təqdim etdiyi qeyri-səlis bayesian yaxınlaşmasında səthdə kristallaşmanın 3D modelinin qurulmasına və asiloxlorid-allil xlorid sistemlərində gedən reaksiyaların temperaturdan asılılığına həsr olunmuş təqdimatlar da maraqla qarşılandı.

Konfransın təşkilat komitəsi tərəfindən növbəti konfransın 2020-ci ildə Almaniyada, 2021-ci ildə isə Azərbaycanda keçirilməsi qərara alındı.

JURNALLAR
Faydalı linklər