Xəbərlər
Metanolun alınması üçün yeni katalizator işlənib hazırlanıb
May 08, 2019 | 11:56 / Maraqlı məlumatlar
Oxunub 381 dəfə

Çin alimləri karbon qazını metanola çevirə bilən yeni katalizator işləyib hazırlayıblar. Alınan metanol daxili yanma mühərriklərində istifadə edilə bilən ekoloji təmiz yanacaqdır. İş Nature Communications jurnalında çap olunub.

Çin elmi-texniki universitetindən Tsen Tse-nin başçılığı altında tədqiqat qrupu platin və MİL-101 kompleksi əsasında katalizator işləyib hazırlayıb. Bu katalizator isə 32 bar təzyiqdə və 1500C-də səmərəli surətdə karbon qazını metanola çevirir. Metanol üçün platin  əsasında olan katalizatorun selektivliyi 90,3% təşkil edir, bu isə mis, sink və alüminium əsasında olan adi katalizatordan 10% yüksəkdir.

Alimlərin fikrinə görə, bu tədqiqat yüksək təmizliyə malik metanolun yeni alınma üsulunu göstərir, həmçinin alimlərə ayrı-ayrı atomlardan istifadə etməklə katalizin mexanizmini daha yaxşı anlamağa kömək edir.

JURNALLAR
Faydalı linklər