Okt 21, 2021 | 16:24
“27” Oktyabr 2021-ci il tarixində saat 14:30-da AMEA-nın Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun ED1.15 Dissertasiya Şurasının nəzdində olan 2303.01–“Qeyri–üzvi kimya” və 2316.01–«Kimyəvi kinetika və kataliz» ixtisasları üzrə Elmi Seminarların birgə yığıncağı keçiriləcək.
Gündəlik məsələ
AMEA-nın akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Oksidləşdirici heterogen kataliz” şöbəsinin “Seolit katalizi” laboratoriyasının sabiq doktorantı Ağayev Fuad Allahverdi oğlunun 2303.01–“Qeyri–üzvi kimya” və 2316.01–«Kimyəvi kinetika və kataliz» ixtisasları üzrə “Alifatik spirtlərin oksidləşməsi reaksiyaları üçün seolitlər əsasında məqsədyönlü katalizatorların sintezi və aktivliklərinin öyrənilməsi” mövzusunda fəlsəfə doktorluğu dissertasıya işinin müzakirəsi.
Elmi rəhbərlər:
akademik, t.e.d. Ağadadaş Mahmud oğlu Əliyev
k.ü.f.d., dosent Əlişah Əli oğlu Sarıcanov |