Elanlar
Respublika elmi konfran
Fev 16, 2021 | 12:27
Oxunub 62 dəfə

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

SUMQAYIT  DÖVLƏT UNİVERSİTETİ

 

M Ə L U M A T  M Ə K T U B U

 

 

Hörmətli həmkarlar!

Sizi 15-16 aprel 2021-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində keçiriləcək  “Kimyanın müasir problemləri” mövzusunda Respublika elmi konfransında iştirak etməyə dəvət edirik.

Konfransın bölmələri:

 

1. Qeyri-üzvi sintezin və qeyri-üzvi materialşünaslığın perspektiv istiqamətləri.

2. Üzvi sintezin və neft kimyasının innovativ istiqamətləri.

3. Katalizin müasir problemləri.

4. Funksional monomerlər və polimerlərin alınması, xassələri və tətbiqinin aktual

     məsələləri.

5. Ekoloji kimyanın müasir problemləri.

6. Kimya təhsilində yeni yanaşmalar.

 

Konfransın işçi dilləri: azərbaycan, rus, ingilis.

Konfransın formatı: əyani və ya onlayn (əlavə olaraq məlumat veriləcəkdir).

Konfrans materiallarının tərtibinə qoyulan tələblər: 

 

Kağızın ölçüsü 

Boş sahə

Şrift

Şrift ölçüsü

Sətirarası interval

Abzas

Məqalənin adı

Müəllifin adı, atasının adı, soyadı

İş yeri, şəhər, ölkə

E-poçt ünvanı

Açar sözlər (5-7 söz)

Xülasə (60-80 söz)

Həcmi

Ədəbiyyata istinadlar

Ədəbiyyat siyahısı  

- A4

- hər tərəfdən 20 mm

- Times New Roman

- 12 pt

- 1,15 sm

- 1,25 sm

- ortadan, böyük hərflərlə, qalın şriftlə

 

 

 

 

 

 

 

-  ortadan, qalın şriftlə

-  ortadan, kursivlə

-  ortadan, kursivlə

- azərbaycan, rus və ingilis dillərində

- məqalənin yazıldığı dildən başqa iki dildə

- 5 səhifəyə qədər

- kvadrat mötərizədə

- əlifba sırası ilə

Konfransın materialları Antiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU. Konfrans materialları” toplusunda çap olunaraq, https://www.ssu-conferenceproceedings.edu.az, https:www.sdu.edu.az saytlarında və eLibrary.ru məlumat bazasında yerləşdiriləcəkdir (Beynəlxalq seriya nömrəsi: İSSN: 2708-955X print, ISSN: 2709-6033 on-line).

Materiallar 25 mart 2021-ci il tarixinədək sdukimya@gmail.com elektron poçtunda və ya elektron daşıyıcılarda və çap olunmuş formada aşağıdakı ünvanda qəbul olunur:  AZ5008, Sumqayıt şəhəri, 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti (II tədris korpusu), Kimya və biologiya fakültəsi, Kimya və onun tədrisi metodikası kafedrası (otaq 1412).

Bir müəllifdən yalnız bir tezis və ya məqalə qəbul edilir.

 

Əlaqələndirici şəxs – dos. Musa Mustafayev.

Əlaqə telefonları: (+99418) 6421506 (1-40), (+994055) 276 01 37.

Təşkilat komitəsi

 

JURNALLAR
Faydalı linklər