Elan
Yan 30, 2020 | 09:34
Yan 30, 2020 | 09:34
Oxunub
1958 dəfə
6 fevral 2020-ci il tarixində saat 10.00-da Avropa Komissiyasının COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) fəaliyyəti üzrə məlumatlandırma seminarı keçiriləcək. Seminarda COST imkanlarından istifadə, layihələrə qoşulma, müraciətlərin hazırlanması istiqamətlərində COST Assosiasiyasının nümayəndəsi Judith Litjens tərəfindən ətraflı məlumat veriləcək.
Tədbir ingilis dilində keçiriləcək və iştirak etmək istəyənlər
https://docs.google.com/forms/d/e/1FAIpQLScw3dK9EN827GggdsIdWSgmE89iP8x903k82AMZTObvpl7dVQ/viewform
qeydiyyatdan keçməlidir.
Ünvan: AMEA-nın Mərkəzi Elmi Kitabxanası (H.Cavid pr. 129, IV mərtəbə).
Qeydiyyat saat 09:30-da başlanacaq.