Elanlar
AMEA-nın magistraturasına qəbul olan bakalavrların nəzərinə!
İyn 24, 2019 | 11:09
Oxunub 105 dəfə

2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

- Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən diplom və ya arayış;

- Şəxsiyyət vəsiqəsinin surəti – 2 nüsxə;

- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti – 2 nüsxə;

- 3x4 ölçüdə rəngli fotoşəkil – 4 ədəd;

- Ödənişli əsaslarla qəbul olunanlar üçün – təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – 2 nüsxə;

- Təhsil haqqından azad olmaq hüququna malik olanlar müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqini.

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı 2019-cu il iyun ayının 27-dən iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin Magistratura şöbəsində aparılacaq.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Ünvan: Hüseyn Cavid pr., 115 (I mərtəbə, otaq 150)

Tel.: (+994 12) 539 20 35, (+994 12) 537 23 97.

science.gov.az

JURNALLAR
Faydalı linklər