Xəbərlər
“C3-C4 karbohidrogenlərindən yüksəkoktanlı benzin komponentinin alınması” adlı monoqrafiyası çap olunub
Noy 28, 2018 | 13:57 / Yeni nəşrlər
Oxunub 138 dəfə

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının “C3-C4 karbohidrogenlərindən yüksəkoktanlı benzin komponentinin alınması” adlı monoqrafiyası çapdan çıxıb.

Kitabda seolittərkibli katalizatorun iştirakı ilə katalitik krekinq qazlarından yüksəkoktanlı benzin komponentinin alınması sahəsində aparılan tədqiqatların nəticələri təqdim edilib. Xammalın tərkibinə,  kontakt qazın və reaksiyanın maye məhsullarına əsasən prosesin ehtimal edilən mexanizmi təyin edilib. Ni, Co, Cr metalları ilə modifikasiya olunmuş ОМНИКАТ 210-П seolittərkibli katalizatorun  iştirakı ilə reaksiyanın maye məhsullarının alınmasında olefin və parafin karbohidrogenlərinin optimal nisbəti seçilib. Reaksiyaların termodinamiki analizi, tarazılıq sabiti hesablanıb.

Nəşrdə, həmçinin katalitik krekinq qazlarının tərkibində olan karbohidrogenlərin çevrilmə prosesinin kinetik tənlikləri tərtib edilib. 

science.gov.az

JURNALLAR
Faydalı linklər