Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Koherent - sinxronlaşdırılmış oksidləşmə reaksiyalari” şöbəsinin müdiri akademik Tofiq M. Nağıyevin “Sinxron reaksiyalara koherent baxış” monoqrafiyası çapdan çıxıb
Sen 13, 2018 | 10:49 / Yeni nəşrlər
Oxunub 240 dəfə

Monoqrafiyada kimyəvi reaksiyaların interferensiyası ideyası altında müxtəlif tipli qarşılıqlı əlaqəli reaksiyalar haqqında materiallar ümumiləşdirilmişdir.

Determinant düsturu verilmiş, sinxron reaksiyaların koherentlik şərtləri və onunla bağlı faza yerləşdirilməsi qısaca və dürüst formulə edilmişdir.

Kimyəvi interferensiya konsepsiyası və təcrübi göstəricilər əsasında reaksiyalararası qarşılıqlı təsirin kəmiyyət və keyfiyyətcə qiymətləndirilməsinin mümkünlüyü göstərilmişdir. Hidrogen peroksidin parçalanması və substratların oksidləşməsi reaksiyalarının interferensiyası bir sıra konkret misallarda öz ifadəsini tapmışdır.

Hüceyrədə enerjinin hərəkəti və toplanmasının fiziki-kimyəvi mexanizminin tədqiqinə bütöv şəkildə yanaşma energetik mitoxondrial proseslərin kimyəvi qoşulma konsepsiyasının irəli sürülməsini mümkün etmişdir.Yeni şərhə əsasən, iki mövcud nəzəriyyə- kimyəvi qoşulma və kimyəvi osmotik hipotezlər bu günədək hesab olunduğu kimi, bir-biri ilə alternative deyil, bir-birini tamamlayan və hüceyrənin ümumi bioenergetik mexanizminin ayrı-ayrı tərəflərini özündə əks etdirən nəzəriyyələrdir.

Kitab kimyaçı, bioloq və kimyaçı- texnoloqlar üçün nəzərdə tutulur.

JURNALLAR
Faydalı linklər