Xəbərlər
Foto
Elmi Şuranın iclası keçirildi
İyn 28, 2018 | 10:39 / Konfranslar, iclaslar
Oxunub 558 dəfə

28 iyun 2018-ci ildə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasının iclası keçirildi.

İclasda aşağıdakı məsələlər müzakirə edildi.

1. 2018-ci ilin birinci yarısında institutda aparılmış elmi tədqiqat işlərinin hesabatının təsdiqi

2. 2017-ci ilin qəbul planına əsasən elmlər və fəlsəfə doktoru hazırlığı üzrə dissertantların və doktorantların fərdi iş planlarının təsdiqi

3. Əməkdaşların “dosent” elmi adına təqdimatı

İclası institutun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı açaraq, birinci və ikinci məsələlər haqqında məlumat verdi. Sonra bu məsələlər müzakirə edilərək təsdiq olundu. İnstitut əməkdaşlarından 8 nəfəri dosent adına səsvermə yolu ilə təsdiq olundu.

JURNALLAR
Faydalı linklər