Xəbərlər
Yens Skou
İyn 05, 2018 | 10:33 / Maraqlı məlumatlar
Oxunub 161 dəfə

Yens Skou 1918-ci ildə oktyabrın 8-də Danimarkanın Lemvinq şəhərində anadan olmuşdur. O, varlı meşə və kömür sənayeçisi ailəsində doğulmuşdur. 1944-cü ildə Kopenhagen universitetini bitirmiş, 1954-cü ildə orada dissertasiya müdafiə etmişdir. 1947-ci ildən Aorxusa universitetində işləmişdir.

1950-ci illərin əvvəllərində Skou anestetiklərin təsir mexanizmini öyrənmişdir. O, müəyyən etmişdir ki, anestetiklərin hüceyrə membranının lipid təbəqəsində həll olması və natrium kanalını bağlaması qabiliyyəti ilə bağlıdır. Skou ehtimal etmişdir ki, kanal zülal molekuludur və onun neyronlarda bloklaşdırılması ona gətirib çıxarır ki, sinir hüceyrələri həyəcanlanmaq qabiliyyətlərini itirirlər ki, bu da anesteziyaya gətirib çıxarır. Skou həmçinin onayaqlı dəniz xərçənginin sinirindən ATFazanı ayırmağa cəhd etmişdi, amma heç nə alınmamışdı və o, uzun zaman anesteziyanın başqa tədqiqatlarını aparmışdı (bu kəşfin nəhəng potensial imkanını dərk etmədən). 1958-ci ildə Vyanada konfransda digər tədqiqatçı Post ilə söhbət zamanı Skou akabainin kardiotoksikqlikozidinin (natrium-kalium kanalının inhibitoru) tapılmasını bildi. Oubaini istifadə edərək Skou tezliklə ATF ara və ion kanalı arasında əlaqənin olduğunu sübut etdi.

1997-ci ildə “İon ötürücü Na+-K+-ATP enziminin kəşfinə görə” (Pol Boyer və Con Uoker ilə birlikdə) kimya üzrə Nobel mükafatına layiq görülüb.

JURNALLAR
Faydalı linklər