Xəbərlər
Foto
Şöbədə dissertasiya işinin ilkin müzakirəsi keçirildi
May 01, 2018 | 13:28 / Konfranslar, iclaslar
Oxunub 194 dəfə

AMEA-nın akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Oksidləşdirici Heterogen Kataliz” şöbəsinin 13 saylı “Ekoloji Kataliz” laboratoriyasının elmi işçisi, doktorant Elmir Məqsəd oğlu Babayevin 2316.01 – «Kimyəvi kinetika və kataliz» ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Xlortoluolların katalitik oksidləşməsi reaksiyasının kinetikasının öyrənilməsi” mövzusunda dissertasiya işinin şöbədə müzakirəsi keçirilmişdir.

1 May 2018-ci il saat 1100 –da baş tutan müzakirədə şöbənin rəhbəri akademik Ağadadaş Ağayev, professor Arif Əfəndi və 1, 13, 15 nömrəli laboratoriyaların əməkdaşları iştirak etmişdirlər.

Şöbənin əməkdaşları dissertasiya işi haqqında ətraflı danışan doktoranta bir neçə iradlarını bildirərək bəzi tövsiyələr verdilər.

JURNALLAR
Faydalı linklər