Xəbərlər
Kristallik naxışlar
Mart 09, 2018 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 433 dəfə

Elə maddələr vardır ki, onları izomorf adlandırırlar. Fərqli tərkibə malik olsalar da eyni cür kristallaşırlar. Belə bir maddənin kristalı digər maddənin doymuş məhlulunda böyüyə bilər. Elə bil ki, ”kristalda kristal” alınır. Əgər onu kəssək kəsikdə həndəsi naxışa şahid olarıq. Ən əlverişli izomorf maddələrə zəylər, ümumi formulu М'М"'(SO4)2*12H2O olan ikiqat sulfat kristalhidratlarını və s. aiddir. Onların 3 növündən istifadə edək: tünd bənövşəyi rəngli xrom-kaliumlu KCr(SO4)2*12H2O, yaşıl dəmir-ammoniumlu NH4Fe(SO4)2*12H2O və rəngsiz alüminium-kaliumlu КАl(SO4)2*12Н2О.
Şüşə stəkana su əlavə edib üzərinə müəyyən miqdar istənilən növ zəy tökün və qızdırın, qızdırılma zamanı mütəmadi olaraq qarışdırın və qaynamamasına diqqət edin. Duz tam həll olunduqdan sonra yenə eyni miqdar kristalhidrat əlavə edib prosesi təkrarlayın. Məhlul doymuş olduqda tez bir zamanda onu filtrdən keçirin (məsələn, pambıqlı süzgəcdən). Stəkanı örtün və soyumasını gözləyin. Məhlulun dibində balaca kristallar əmələ gəldiyinin şahidi olacaqsız. Kristalları toplayın qurudun və bağlı qabda saxlayın. Məhlulu da saxlayın. Beləcə digər iki növ kristalhidratlardan istifadə edərək məhlullar və kristallar əldə edin. Alınmış məhlular üzərində adlarını qeyd edin ki, səhv salmayasınız. Götürülmüş və qurudulmuş kiçik kristalları sapa bağlayıb asılı şəkildə məhlul daxilinə salın. Kristalların böyüməsinə şahid olacaqsınız. Daha sonra kristalların məhlullarını dəyişərək özünün deyil digər maddənin məhlulunda asılı şəkildə saxlayın. Beləcə hər kristal ,üç kristal məhlulu daxilində böyüməsini davam etdirəcək. Sizi qane edən böyüklüyə nail olduqdan sonra kristalı çıxarıb qurudun. Xüsusi kəsici alətlə kəsməklə daxilində aydın naxışlara şahid olacasınız. Adətən öz məhlulunda böyümüş zəy kristalı oktaedrik formaya malik olur amma bu təcrübə 3 məhlul istifadə edildiyindən fərqli və gözəl formalarla və kəsikdə kristallik naxışlarla tanış olacağıq. Prosesi hava axını olmayan yerdə etməyiniz məsləhətdir.

JURNALLAR
Faydalı linklər