Xəbərlər
Prometium
Yan 05, 2018 | 10:01 / Maraqlı məlumatlar
Oxunub 4370 dəfə

Prometium (Pm) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 61-ci element. Bu element neodim və samazium arasında yerləşməli olan nadir torpaq elementinin axatarışlarında müxtəlif minerallarda dəfələrlə kəşv olunub. Və İllionoysk Universitetinin şərəfinə illinium, Florensiya Universitetinin şərəfinə florensium, siklotronda yeni element almağa cəhd nəticəsində alındığından siklonium adlandırılmışdır. Amma bu kəşvlər təsdiq olunmamışdır. Lantanoidlər zəncirində çatışmayan manqa ilk dəfə olaraq 1947-ci ildə amerika tədqiqatçıları Ceykob Marinski, Lourens Olepdenin və Çarlz Koriell uranın nüvə reaktorunda parçalanma məhsullarını xromatoqrafik ayırarkən aşkar etmişlər. Təbii elementin axtarışlarının uğursuzluğu aydın oldu: prometiumun izotoplarının hamısı nibətən az yaşam müddətli radioaktiv izotoplardır. Koriellin arvadı təklif edir ki, bu elementə allahlardan odu oğurlayaraq insanlara verən Prometeyin adı verilsin. Bununla nüvə “odunda” dəhşətli güc olması qeyd edilmişdir.

JURNALLAR
Faydalı linklər