Xəbərlər
Foto
Ümummilli lider Heydər Əliyevin xatirəsi qeyd edilib
Dek 12, 2017 | 12:44 / Konfranslar, iclaslar
Oxunub 889 dəfə

AMEA M.Nağıyev adına Kataliz və Qeyri- üzvi Kimya İnstitutunda ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. Tədbir Ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. 

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev Ümummilli liderin dövlətçiliyimizin inkişafı yolunda göstərdiyi xidmətlərdən danışaraq bildirdi ki, ölkəmizdə ictimai-siyasi sabitliyin yaranması, azərbaycançılıq məfkurəsinin, milli ideologiyanın yaranması və inkişafı, respublikamızın nail olduğu yüksək iqtisadi inkişaf ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycana sadiqliyi, millətinə  xidmətləri ilə əbədi yaşardır. O bildirdi ki, Heydər Əliyev elmə və elm adamlarına daim qayğı göstərmişdir. Təsadüfi deyildir ki, Ümummilli lider 1993-cü ilin 28 sentyabrında ictimaiyyət nümayəndələri ilə ilk görüş yeri kimi məhz Azərbaycan Elmlər Akademiyasını seçməklə intellektual potensialın daşıyıcıları olan elm xadimlərinin, ziyalıların cəmiyyətdəki roluna necə böyük önəm verdiyini bir daha nümayiş etdirmişdir.Böyük  şəxsiyyətin ən böyük amal və məqsədi Azərbaycanın dövlət müstəqilliyinin daimi olması idi. Akademik  Dilqəm Tağıyev Ulu öndər Heydər Əliyevin dövlətçilik prinsiplərini bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyini diqqətə çatdırdı.

Sonra tədbir iştirakçıları müasir, müstəqil Azərbaycanın qurulmasında, inkişafında və dünyaya tanıdılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Azərbaycanın tərəqqisi naminə tükənməz  fəaliyyətindən danışıblar.

JURNALLAR
Faydalı linklər