Xəbərlər
Neylonun kəşfi
Dek 01, 2017 | 10:01 / Maraqlı məlumatlar
Oxunub 162 dəfə

Bu material DuPont kompaniyasının laboratoriyasında kəşf edilmişdir.Layihənin rəhbəri baş kimyaçı Yolles Karazers ( Wallace Hume Carothers) idi.

Bir dəfə laboratoriya rəhbəri öz iş yerində olmayanda, gənc laborant maye halında olan polimerin içinə şüşə çubuq saldı və onun köməyi ilə uzun bir lif çıxartdı. Lif dərhal havada bərkidi. Daha sonra bir qrup tədqiqatçılar da bir-birilə yarışmağa başladı. Kim daha uzun lif çəkib- çıxara bilər. Onlar bu liflərlə bütün laboratoriyanı və dəhlizi hördülər( dolaşdırdılar, sarmaşdırdılar). Yalnız bir müddətdən sonra onlar anladılar ki, bu, polimerin maye haldan bərk hala keçməsi metodudur. Polimer liflər parça hazırlamaq üçün lazımi qədər möhkəm idi. Beləliklə yeni material kəşf edildi.

Bu hadisə 1934-cü ildə baş verdi.

Bu lifdən olan ilk cintetik materialı neylon adlandırdılar. Bu parçanın əsas üstünlükləri onun möhkəm, yüngül və əlverişli olmasıdır. Zəif cəhətləri isə onun hava keçirməməsi və ultrabənövşəyi radiasiyaya qarşı kifayət qədər müqavimət göstərməməsidir.

Hazırda neylon müxtəlif sənaye sahələrində isifadə olunur.

JURNALLAR
Faydalı linklər