Xəbərlər
İnstitutun əməkdaşlarının Impakt Faktoru 1.953 (TR) olan “Journal of Thermal Analysis and Calorimetry” də “Thermodynamic study of antimony chalcoiodides by EMF method with an ionic liquid” məqaləsi dərc olunmuşdur
Noy 13, 2017 | 12:04 / Mühüm hadisələr
Oxunub 162 dəfə

Stibium xalkooiodidlərinin termodinamik xassələri (-) Sb (bərk)/ion maye, Sb3+/ (SbXI-SbI3-X) (bərk) (+) tipli qatılıq dövrələrinin elektrik hərəkət qüvvəsinin (EHQ) ölçülməsi üsulu ilə 300-430 K temperatur intervalında tədqiq edilmişdir (X–S, Se, Te). Bu dövrələrdə  0,5 mol% susuz SbCl3 əlavə olunmuş morfolin və qarışqa turşusu qarışığı elektrolit kimi, müvafiq sistemlərin SbXI-SbI3-X üç fazalı sahələrindən götürülmüş tarazlıq halında olan xəlitələr isə sağ elektrodlar kimi istifadə edilmişdir. EHQ ölçmələrindən SbXI-SbI3-I üç fazalı sahələrdə stibiumnin parsial molar funksiyaları hesablanmışdır. Sb-X-I sistemlərinin bərk faza tarazlıq diaqramları əsasında potensial əmələgətirici reaksiyalar müəyyən edilmiş və SbSI, SbSeI və SbTeI üçlü birləşmələrinin standart əmələgəlmə termodinamik funksiyaları və standart entropiyaları hesablanmışdır. Hesablamalar üçün SbI3 birləşməsinin müvafiq termodinamik funksiyaları, habelə xalkogenlərin standart entropiyaları istifadə edilmişdir.

"Thermodynamic study of antimony chalcoiodides by EMF method with an ionic liquid" Ziya Sakhaveddin Aliev, Sabina Sahib Musayeva, Samira Zakir Imamaliyeva, Mahammad Baba Babanly. “Journal of Thermal Analysis and Calorimetry” 2017. Volume 113, pp 1–6.

JURNALLAR
Faydalı linklər