Xəbərlər
Bilirsinizmi?
Sen 28, 2017 | 11:23 / Maraqlı məlumatlar
Oxunub 876 dəfə

İsveç kimyaçısı Avqust Arfvedsonun (1792-1841) tələbəsi Y.Y.Bertselius təbii silikatlarda yeni element kəşf etdi və onu litium adlandırdı (yunancadan «litos» - «daş» deməkdir). Qemfri Devi sərbəst halda litiumu litium hidroksid ərintisinin elektrolizindən aldı.

Litium sərbəst halda gümüşü ağ rəngli, yumşaq metaldır, amma digər qələvi metallardan sərtdir, həmçinin onlar qədər çox asan əriyən deyil (tər=1810C0). Litium o qədər yüngüldür ki, o, kerosində batmır (sıxlığı 0,53 q/sm3-dir). Litium digər qələvilərlə müqayisədə bəzi fərqli xassələrə malikdir. Havada yandıqda oksid Li2O əmələ gəlir, azotla birbaşa reaksiyaya daxil olur və nitrid Li3N, karbonla karbid Li2C2 əmələ gətirir. Litiumun bəzi duzları (karbonat, flüorid) suda az həll olur, litium karbonat və hidroksid güclü qızdırıldıqda oksid əmələ gəlməklə parçalanır. Bütün bu xassələr litium kimyasının maqnezium kimyasına oxşar olmasını göstərir. Litium kationu nisbətən kiçik radiusa malik olduğuna görə onun nisbət yükü kiçik səthində toplanır, ona görə də Li+ ionunun termodinamiki cəhətdən hidratlaşması daha əlverişli olur. Elə buna görə də metalların elektrokimyəvi gərginlik sırasında ondan aktiv olan natrium, kalium, hətta seziumdan əvvəldə, birinci yerdə yerləşir.

JURNALLAR
Faydalı linklər