Xəbərlər
Bilirsinizmi?
Sen 12, 2017 | 11:28 / Maraqlı məlumatlar
Oxunub 187 dəfə

Tellur – yarımkeçirici xassəli, boz – gümüşü rəngli, metal parıltılı maddədir (tər=450C0, tqay=990 C0). Tellur selendən 40 il əvvəl qızılsaxlayan filizlərdən ayrılmış və «Anamız torpağın» şərəfinə adlandırılmışdır (latınca «tellus» – «torpaq», «planet» deməkdir). Tellur da, selen kimi daha çox sulfid filizlərində olur. Hər iki elementi sulfat turşusu istehsalı tullantılarından və misin elektrolitik təmizlənməsi məhsullarından ayırırlar.

Sənayedə istehsal olunan tellurun əsas kütləsi metal telluridlərin – CdTe, PbTe, HgTe alınmasına sərf olunur. Bütün bu maddələr fotoelementlərdə və günəş batareyalarında tətbiq edilən yarımkeçiricilərdir.

JURNALLAR
Faydalı linklər