May 26, 2017 | 12:00 / Konfranslar, iclaslar
26 may 2017-ci il AMEA-nın akad. M. Nağıyev adına Kataliz və Qeyri üzvi Kimya institutunun nəzdində fəaliyyət göstərən D.01.021 Dissertasiya Şurasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantı Elşən Zeynalov Tofiq oğlunun Kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş “Seolittərkibli nikel katalizatorları üzərində pentan-heksan fraksiyasının izomerləşməsi” dissertasiya işinin müdafiəsi keçirilib.
İxtisas: 2316.01- Kimyəvi kinetika və kataliz
Elmi rəhbər:
k.e.d., professor Əcəmov Keykavus Yusif oğlu
Rəsmi opponentlər:
k.e.d. Zeynalov Nizami Allahverdi oğlu
k.e.d., professor Qurbanov Hüseyn Ramazan oğlu