Xəbərlər
Foto
Elmi Şurada hesabatların dinlənilməsinə start verildi
Noy 21, 2016 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 7479 dəfə

Bu gün Elmi Şurada İnstitutun şöbə və laboratoriyalar üzrə elmi və elmi - təşkilati hesabatların dinlənilməsi başlandı. İclası AMEA Kimya Elmləri Bölməsinin akademik katibi, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev açaraq bildirdi ki, bu gün “Mineral xammalın kompleks emalı” və “Qeyri-üzvi funksional materiallar” şöbəsinin hesabatları dinləniləcək. Sonra qeyd olunan şöbələr üzrə 8 labaratoriyanın 2016- cı il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan işlər haqqında labioratoriya rəhbərlərinin məruzələri dinlənildi. Məruzələr ətrafında geniş müzakirələr aparıldı. Akademik Dilqəm Tağıyev hesabatlar barəsində və gələcəkdə görüləcək işlər haqqında tövsiyyələrini və təkliflərini  verdi. Sonda  hesabatların qəbul olunması haqqında qərar qəbul edildi.

JURNALLAR
Faydalı linklər