News
Roald Hofman
Jan 29, 2018 | 11:08 / Interesting information
Read 2118 time (-s)

Amerika kimyaçısı Roald Hofman 1937-ci ilin iyulun 18-də Zloçevdə (Polşa) anadan olub. 1958-ci ildə Kolumbiya universitetini bitirib. 1965-ci ilə qədər Harvard universitetində (1960-1961-ci illərdə Moskva Dövlət Universitetində təcrübə keçib) işləyib. 1965-ci ildən Kornell universitetində (1968-ci ildən professor) işləyib. Əsas tədqiqatları kimyəvi kinetikaya və kimyəvi reaksiyaların mexanizminin öyrənilməsinə həsr olunub. 1964-cü ildə mürəkkəb üzvi molekulların konformasiyasını və molekulyar orbitalların quruluşunu öyrənərkən -elektronlar sisteminin analizini və hesablamalarını həyata keçirmişdir; reaksiyaların hipotetik aralıq məhsullarının enerjisini hesablamışdır (o cümlədən karbokationun) ki, bu da aktivləşmə enerjisini qiymətləndirməyə və aktivləşmiş kompleksin daha əlverişli konfiqurasiyası haqqında nəticə çıxarmağa imkan vermişdir. 1965-ci ildə R.B. Vudvord ilə birlikdə razılaşdırılmış reaksiyalar üçün orbital simmetriyasının saxlanması qaydasını təklif etmişdir. (Vudvord-Hofman qaydası). 1965-1969-cu illərdə bu qaydanın tsiklin qapanması ilə gedən monomolekulyar reaksiyalara, siklobirləşmə bimolekulyar reaksiyalarına, - əlaqələnmiş qrupların yerdəyişməsinin siqmatrop reaksiyalarına iki τ-əlaqənin sinxron əmələ gəlməsi və ya qırılması reaksiyalarına tətbiq olunması mümkünlüyünü öyrənmişdir. 1970-ci ildə kimyəvi çevrilmələr yolunda energetik sədlərin fiziki mahiyyətini müəyyən etmişdir. 1978-1980-ci illərdə keçid metallarının karbonil, aromatik, olefin və asetilen liqandları ilə mono və birnüvəli komplekslərinin stereokimyası sahəsində tədqiqatları inkişaf etdirmişdir.

Hofman 1981-ci ildə “Kimyəvi reaksiyaların getməsi nəzəriyyəsi"ni işləyib hazırladığına görə kimya üzrə "Nobel mükafatı"na layiq görülmüşdür.

JOURNALS
Useful links