News
Photo
İnstitutumuzun əməkdaşının Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda dissertasiya işinin təqdimatı keçirilmişdir .
Sep 15, 2023 | 12:30 / Conferences, assemblies
Read 978 time (-s)

14.09.2023-cü il tarixində Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərən ED 1.17 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 14 üzvündən 13-ü (əyani formada) iştirak etmişdir. İclasda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun dissertantı Kərimli Vəfa İmran qızının 3303.01 – "Kimya texnologiyası və mühəndisliyi" ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi Asfalten və qətran birləşmələrlə çirkləndirilmiş neft lay sularının maye fazalı ekstraksiya üsulu ilə təmizlənməsi texnologiyasının işlənməsi” mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işlərinə təyin edilmiş opponentlər: Azərbaycan Dövlət Neft və sənaye Universitetinin professoru Əbülfəz Babayev, Azərbaycan Texniki Universitetinin professoru  Fəxrəddin Yusubov, Neft-Kimya prosesləri İnstitutunun t.ü.f.d. İlhamə Xudiyeva iş haqqında geniş məlumat verdilər. Dissertasiya işinin avtoreferatına gələn rəylər haqqında iclas iştirakçılarına məlumat verildi. İddiaçı Kərimli Vəfanın rəhbəri AMEA-nın müxbir üzvü, t.e.d. professor Qüdrət Kəlbəliyev iddiaçı haqqında çıxış etdi. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə Şuranın sədri AMEA-nın həqiqi üzvü, akademik Vaqif Fərzəliyev tərəfindən elan edildi.

JOURNALS
Useful links