News
Antarktida əriməyə davam edir: Kontinenti necə xilas etmək olar?
Sep 12, 2023 | 09:35 / Interesting information
Read 487 time (-s)

Nature Climate Change adlı jurnalda dərc edilmiş yeni tədqiqata əsasən Yer kürəsinə istiqamətlənmiş Günəş işığı səviyyəsinin süni şəkildə azaldılması kimi bir texnoloji həll belə Antarktida buzlarının əriməsini dayandırmayacaq. Buzlaqların əriməsi prosesinin dayandırılmasının yalınız bir yolu var. Təbii yanacaq növlərinin yandırılmasının dayandırılması. Güclü yanğınlar, su daşqınları və ekstremal hava şəraiti formasında özünü göstərən iqlim böhranının kəskin şəkildə güclənməsi alimlərin yenidən geomühəndislik sahəsinin effektivliyindən danışmalarına səbəb olub. İqlim dəyişikliyinin fəlakətli nəticələrinin müəyyən qədər aradan qaldırılması üsulu kimi alimlər bizim planetə çatan Günəş işığı səviyyəsinin azaldılmasında görürlər. Alimlərin fikirlərinə əsasən bu potensial təhlükəli qərar gözlənilməz ciddi nəticələrə səbəb ola bilər.

Bununla belə onlar bu üsul ilə planetin temperatur göstəricisini aşağı salmağın mümkün olub-olmadığını yoxlamaq qərarına gəliblər. Alimləri ən çox maraqlandıran məsələ isə bu üsul vasitəsilə Antarktida buzlaqlarını xilas edib-etməməyin mümkünlüyünü təyin etmək olub. Alimlərin sözlərinə əsasən yaxın gələcəkdə buzlaqların sürətlə əriməyə başlayacaqları bir an yetişə bilər. Bəlkə də bu prosesə artıq start verilib. Məsələn kontinentdə qış fəslinin ortası olmasına baxmayaraq Qərbi Antarktidada artıq buz örtüyünün ərimə prosesi müşahidə edilir. Bununla yanaşı quraqlıqda buzlaqları əhatə edən su buzlaqlarının da sayı getdikcə azalır. Tədqiqatçıların sözlərinə əsasən əgər bu regionda buzlaqlar əriməyə davam etsələr, bu, okean səviyyəsinin bir neçə metr yüksəlməsinə və müxtəlif okean axınlarının dəyişməsinə səbəb olacaq.

Bu isə öz növbəsində planetin bütöv iqliminə ciddi mənfi təsirlər göstərəcək. Aparılmış tədqiqat çərçivəsində alimlər müxtəlif kompüter modelləşdirməsini reallaşdırıblar. Reallaşdırılmış kompüter modelləşdirmələrində onlar Günəş işığı səviyyəsinin aşağı salınması üçün planetin stratosfer qatına müxtəlif aerozolların ifraz edilməsi üzrə müxtəlif ssenariləri istifadə ediblər. Nəticədə məlum olub ki, 2050-ci ilə kimi planetin stratosfer qatına milyonlarla ton həcmdə kükürd dioksidinin ifraz edilməsi Antarktidadakı buzlaqların əriməsini dayandıra bilər. Lakin bu o halda baş verə bilər ki, insanlar əlavə olaraq atmosferə ifraz edilən karbon tullantılarının sayını azaltsınlar.

Alimlər qeyd ediblər ki, atmosferə ifraz edilən parnik qazları səviyyəsi indiki kimi qalsa, Antarktida buzlaqlarını ərimədən qorumaq üçün aerozolların atmosferə ifrazlarını yüzlərlə və hətta minlərlə il ərzində reallaşdırmaq lazım gələcək. Alimlər bu prosesin digər bir mənfi tərəfini də açıqlayıblar. Onların sözlərinə əsasən aerozolların atmosferə ifrazları müəyyən müddətdən sonra dayandırılsa, bu, planet üçün şok effekti yaradacaq və nəticədə temperatur ani olaraq yüksələcək. Alimlərin fikirlərinə əsasən Antarktidadakı buz örtüyünün qorunub saxlanması üçün hal hazırda ən ideal çıxış yolu parnik qazı tullantılarını ciddi şəkildə aşağı salmaqdır. 

JOURNALS
Useful links