News
Yüksək kütləyə və sıxlığa sahib yeni ekzoplanet kəşf edilib
Sep 06, 2023 | 10:27 / Interesting information
Read 516 time (-s)

Astronomlar Yer kürəsindən 535 işıq ili uzaqlığında yerləşən narıncı cırtdan (ulduz növü) ətrafında dövr edən TOI-1853 b adlı yeni ekzoplaneti kəşf ediblər. Kəşf edilmiş bu yeni ekzoplanetin əsas fərqləndirici tərəfi ondadır ki, o, yüksək sıxlığı sahibdir və çox ağırdır. Sözügedən ekzoplanetin ölçüsü Neptunun ölçüsünə bərabərdir. Lakin onun kütləsi Neptunun kütləsindən 4.3 dəfə böyükdür. Aparılmış hesablamalara əsasən TOI-1853 b-nin kütləsi hər kub sm-ə 9.7 qramm təşkil edir. Bu isə eyni ölçüdə olan digər planetlərin sıxlıqlarından daha yüksəkdir. Bu o deməkdir ki, bu yeni ekzoplanet MerkuriVeneraYer kürəsi və Mars kimi əsasən daşdan təşkil edilib.

Alimlər bu cür ölçüyə sahib planet üçün anomal kütlənin mənbəyini anlamaq istiqamətində kompüter modelləşdirməsindən istifadə ediblər. Aparılmış analiz onu göstərib ki, TOI-1853 b bir neçə nəhəng kosmik obyektin toqquşması nəticəsində formalaşıb. Ekzoplanetin sahib olmuş olduğu yüngül atmosfer ilə suyun bir hissəsi toqquşma nəticəsində buxarlanıb. Bu planetdə həyat növünün formalaşması mümkündürmü? Çox güman ki, xeyr. Sözügedən ekzoplanet Yer kürəsi və Günəş arasındakı məsafə ilə müqayisədə öz ulduzuna 50 dəfə daha yaxın yerləşir. O öz ulduzu ətrafında tam dövrü 30 saata reallaşdırır və onun səthindəki temperatur göstəricisi 1200 dərəcə Selsi təşkil edir. 

JOURNALS
Useful links