News
HTP çərçivəsində 8 nəfər Latviyada təhsil alacaq
Sep 01, 2023 | 12:45 / Important events
Read 617 time (-s)

Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın nəticəsi olaraq, 2023-2024-cü tədris ili üzrə 8 azərbaycanlı “Latviya dövlət təqaüdü”nə layiq görülüb.

Seçim barədə Latviya Respublikası tərəfindən verilən yekun qərar nəticəsində sözügedən 8 nəfər bu ölkənin “Riga Technical University”, “University of Latvia”, “ Turība University” ali təhsil müəssisələrində təhsil hüququ qazanıb. Onlardan 6 nəfəri magistratura, 2 nəfəri isə doktorantura səviyyələri üzrə biznes və idarəetmə, kompüter elmləri, mühəndislik, səhiyyə, sosial və davranış elmləri ixtisaslarında təhsil alacaq.

Qeyd edək ki, Latviya hökumətinin bu təqaüdünü qazanan 23 ölkə üzrə Azərbaycan ilk üçlükdə yer alır:

Ən çox təqaüd qazanan ölkələrin siyahısı

Müxtəlif təhsil səviyyələri üzrə təqaüdçülərin sayı

Ukrayna

9

Finlandiya

9

Azərbaycan

8

Gürcüstan

7

Çin

7

Qazaxıstan

5

 

Müvafiq təqaüd proqramı barədə 1 aprel 2023-cü il tarixində elan verilib.

JOURNALS
Useful links