News
Neyrodegenerativ xəstəliyin müalicəsi üçün dərman tapılıb
Sep 04, 2023 | 11:14 / Interesting information
Read 541 time (-s)

Massaçusets Texnologiya İnstitutunun komandası Alzheimer xəstəliyi ilə mübarizə aparmaq üçün innovativ dərman hazırlayıb.


Tədqiqatın nəticələri “Journal of Experimental Medicine” jurnalında dərc olunub.


Bir çox müasir Alzheimer dərmanları beta-amiloid zülalının səviyyəsini azaltmağa yönəldilib. Bununla belə, neyroiltihabları azaldan dərmanlar hələ də azdır.


Yeni işdə müəlliflər FDA tərəfindən təsdiqlənmiş dərman və kimyəvi maddələrdə 58 mindən çox molekulu araşdırıblar. Məqsəd PU.1 genetik transkripsiya faktoruna qarşı təsirli olacaq namizədləri müəyyən etmək idi. Nəticədə, ən təsirli molekul A11 olub ki, bu da IB.1-in aktivliyini azaldır.


Alzheimer xəstəliyi demansın ən çox yayılmış səbəbidir, yaddaşın, düşüncənin, davranışın və sosial bacarıqların tədricən azalmasıdır. Bu dəyişikliklər insanın fəaliyyətinə təsir edir.


Bu xəstəlikdən əziyyət çəkənlər 75 və daha yuxarı yaşda olan insanlardır. Dünyada demansdan əziyyət çəkən təxminən 55 milyon insanın 60%-70%-nin Alzheimer xəstəliyi olduğu təxmin edilir.

JOURNALS
Useful links