News
Elm Fondu 3-cü Azərbaycan-Türkiyə birgə beynəlxalq qrant müsabiqəsini elan edib
Aug 24, 2023 | 18:00 / Important events
Read 1150 time (-s)

Azərbaycan Elm Fondu 3-cü Azərbaycan-Türkiyə (“AzTürk-3”) birgə beynəlxalq qrant müsabiqəsini elan edib.

Fond və Türkiyə Elmi və Texnoloji Araşdırma Şurası (TÜBİTAK) birgə beynəlxalq qrant müsabiqəsinə Azərbaycan və Türkiyə alimlərini elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini təqdim etməyə dəvət edir.

3-cü Azərbaycan-Türkiyə (“AzTürk-3”) beynəlxalq qrant müsabiqəsinin məqsədi alim və tədqiqatçıların təqdim etdiyi birgə elmi-tədqiqat layihələrinin Elm Fondu və TÜBİTAK-ın birgə qrantları vasitəsilə dəstəklənməsi, bu tədqiqatların iqtisadiyyatda tətbiqinə şərait yaradılması, yeni əməkdaşlıq imkanlarının açılması, elmi təcrübə və bacarıqların mübadiləsi, layihə üzrə qoyulmuş elmi problemlərin həllində onlardan istifadə edilməsidir.

Müsabiqə çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 300 min manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.

Müsabiqədə iştirak etmək üçün layihələr avqustun 24-dən noyabrın 17-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2024-cü ildə açıqlanması planlaşdırılır.

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə onlayn məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində (http://aef.gov.az/az) yer alacaq. Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.

JOURNALS
Useful links