News
Alimlər milçək orqanizmini bioloji olaraq tam parçalana bilən plastikə çevirə biliblər
Aug 17, 2023 | 16:03 / Interesting information
Read 2445 time (-s)

Amerika Kimya Cəmiyyəti ötən ilin payız iclası zamanı həşərat orqanizminin ətraf mühit üçün tam zərərsiz plastikə çevrilə biləcəyi ilə bağlı fərziyyə irəli sürmüşdü. Yaxın keçmişə qədər bu fikir bir o qədər rəğbətlə qarşılanmasa da, artıq bunun mümkün olduğu elmi əsaslarla sübuta yetirilib.

Amerika Kimya Cəmiyyətinin avqustun 13-17-də onlayn keçirilən yekun iclaslarında təqdim edilən mövzulardan biri də ətraf mühitə zərər verməyən plastik istehsalı ilə bağlı olub.

“Biz komanda olaraq 20 ildən artıqdır ki, təbii şəkər qamışı və ağaclardan əldə olunan qlükoza hesabına qismən parçalanan plastik yaratmağı bacarmışıq, lakin bu məhsullar yanacaq, tikinti, nəqliyyat kimi sahələr üçün istifadəyə yararlı deyildi. Bu gün biz iki şeyi bacarmağın qürurunu yaşayırıq, bunlardan ilki ətraf mühit üçün tam zərərsiz plastik istehsal edə bilmək, digəri isə artıq bu plastikdən həyatın bir çox hissəsində istifadə edə bilməkdir”, - deyə layihə ilə bağlı professor Karen Vuli bildirib.

Karen Vuli və onun köməkçisi Jeffery Tomberlin onu da əlavə ediblər ki, onlar bu iş üçün hələlik “qara əsgər” adlanan xüsusi milçək növündən yararlana bilirlər.

JOURNALS
Useful links