News
Alimlər suyu təmizləyən “Ağıllı pas” nanohissəcikləri hazırlayıblar
Aug 23, 2023 | 15:54 / Interesting information
Read 3370 time (-s)

Tədqiqatçılar neft, mikroplastiklər, qlifosat və hətta estrogen hormonları kimi çirkləndiriciləri təyin edərək suyu təmizləyən “ağıllı pas” adlanan dəmir oksid naohissəciklərini hazırlayıblar.

Yeni kəşf gələcəkdə yarana biləcək içməli su böhranının həllinə kömək edə bilər. Adətən, pas ləkələrini suya tökmək onu çirkləndirir. Bununla belə, tədqiqatçılar tərəfindən aparılan əsaslı araşdırma suyu təmizləyə bilən dəmir oksidi, yəni “ağıllı pas” hissəciklərinin yaradılmasını stimullaşdırdı. “Ağıllı pas” müxtəlif çirkləndiriciləri, ən əsası isə neft tullantılarını özünə çəkə bilmək qabiliyyətinə malikdir. Bu hissəciklərin işləmə mexanizmi tam olaraq maqinitin fəaliyyətinə bənzəyir, ancaq mexanizmdə aparılan əlavə yenilik onu suyu estrogen adlanan çirkləndirici hormondan da təmizləməyə yararlı edir.

Professor Marcus Halik qeyd edib ki, onlar bu günə kimi saysız-hesabsız sutəmizləmə üsulları tapa biliblər, lakin digərlərindən fərqli olaraq “ağıllı pas” nanohissəcikləri ekoloji cəhətdən tam sağlamdır.

JOURNALS
Useful links