News
Sakit okeanın soyuması qlobal istiləşməni ləngidə bilər
Aug 09, 2023 | 09:34 / Interesting information
Read 728 time (-s)

Kolorado Universitetinin alimləri bildiriblər ki, Sakit okeanın şərq hissəsinin temperaturu bütün iqlim modellərinə baxmayaraq aşağı düşür. Sakit okeanın şərq hissəsinin temperaturu son 39 ildə 0.5 dərəcə Selsi aşağı düşüb. Okeanın soyuma prosesində aktiv iştirak edən bu sahəsinin böyük olmasını nəzərə alsaq, sözügedən prosesin iqlimə qlobal təsiri qaçılmazdır. Alimlərin qiymətləndirmələrinə əsasən bu əsrin sonuna kimi ortalama qlobal temperatur bunun sayəsində daha öncə düşünüldüyü kimi 1.9 dərəcə Selsi deyil, 1.3 dərəcə Selsi yüksələcək. Hal hazırda elmi cəmiyyətdə qəbul edilmiş iqlim dəyişikliyi konsepsiyaları atmosferdə parnik qazları miqdarının artması və bunun da qlobal istiləşməyə səbəb olması nəzəriyyəsinə əsaslanırlar. Lakin Sakit okeanın şərq hissəsinin soyuması bu iqlim dəyişikliyi modellərində dəyişikliklərə səbəb ola bilər.

Yer kürəsinin ən böyük okeanı olan Sakit okean qlobal iqlimin tənzimlənməsində vacib rol oynayır. Belə ki, o, Günəş işığının böyük hissəsini udur və su axınları vasitəsilə bütün istiliyi planet üzrə paylayır. Alimlər ilk dəfə öz proqnozlarının əksinə Sakit okeanın soyumasını 2022-ci ildə təyin etmişdilər. Daha öncə düşünülürdü ki, digər okeanlar kimi Sakit okeanın da temperaturu yüksələcək. Lakin 1979-cu ildən 2020-ci ilə kimi yığılmış məlumatların geniş analizi onu göstərib ki, Sakit okeanın temperaturu stabil olaraq aşağı düşür. Sakit okeanın şərq hissəsinin temperaturu həmişə qərb hissənin temperaturundan ortalama 5-6 dərəcə Selsi aşağı olub. Lakin 1980-2019-cu illər arasında bu temperatuir fərqi təqribi olaraq 0.5 dərəcə Selsi yüksəlib. Bu, çox vacib bir faktordur.

Belə ki, bu faktor planetin bütün iqlim vəziyyətinə təsir göstərir. Sakit okeanın qərb hissəsində suyun istiləşməsi və şərq hissəsində suyun soyuması öz növbəsində buludların şərq hissədə böyük sahə üzrə daha aşağı hündürlükdə yerləşmələrinə səbəb olur. “Daha sıx buludlar daha çox əks olunmuş Günəş işığı deməkdir” - deyə mütəxəssislərdən biri qeyd edib. Bu o deməkdir ki, istilik Yer kürəsi atmosferinə daha az daxil olur və parnik qazları səbəbilə orda daha az müddət ərzində qalır. Başqa sözlə desək, Sakit okeanın şərq hissəsinin soyuması qlobal istiləşmə tempini ləngidir.

Əgər bu tendensiya olduğu kimi qalsa, Sakit okeanın şərq hissəsinin soyuması öz növbəsində proqnozlaşdırılan qlobal istilik səviyyəsini 30% aşağı salacaq. Bu isə o deməkdir ki, eyni səviyyədə parnik qazı tullantıları halında ortalama qlobal temperatur əsrin sonuna kimi 1.9 dərəcə Selsi deyil, 1.3 dərəcə Selsi yüksələcək. Digər tərəfdən Sakit okeanın şərq hissəsinin ani olaraq istiləşmə prosesinə keçid etməsi çox ciddi problemlərə yol açacaq. “Bunu daha öncədən proqnozlaşdırma imkanına sahib olmadıqda, biz, regional iqlim effektlərinin hazır olmadığımız böyük dəyişiklikləri ilə qarşılaşacağıq” - deyə mütəxəssislər qeyd ediblər. 

 

 

 

 

 

 

JOURNALS
Useful links