News
Şimali Atlantikada suyun temperaturu yeni rekord göstəriciyə çatıb
Aug 03, 2023 | 11:00 / Interesting information
Read 715 time (-s)

ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin (NOAA) məlumatlarına əsasən Aralıq dənizindən sonra növbəti yüksək temperatur rekordu Şimali Atlantikada qeydə alınıb. Keçən həftə Atlantik okeanın şimal hissəsinin temperatur göstəricisi tarix ərzində olmuş müşahidələr çərçivəsində ən rekord həddə çatıb. Bu xəbər alimlərin bu ilin iyul ayının tarix ərzində ən isti ay olacağı məlumatlarından sonra ortaya çıxdı. Atlantik okeanının şimal hissəsinin bu günlərdə səthinin temperaturu 24.9 dərəcə Selsi təşkil edir. Adətən Şimali Atlantika öz temperatur göstəricisinin pik həddinə sentyabr ayının əvvəlində çatır.

Mütəxəssislərin sözlərinə əsasən daha öncəki rekord temperatur göstəricisi 2022-ci ilin sentyabr ayında müşahidə edilmişdi və həmin vaxtda temperatur 24.89 dərəcə Selsi təşkil etmişdi. Gözləntilərə əsasən Atlantik okeanın şimal hissəsinin üst layının temperaturu bütün avqust üzrə yüksəlməyə davam edəcək. Çox güman  ki, bu mövzuda yeni rekord göstərici qeydə alınacaq. Yer kürəsinin müşahidəsi üçün nəzərdə tutulmuş Copernicus adlı Avropa proqramı NOAA-nın analiz ediyi məlumatlardan daha fərqli məlumatları istifadə edir və onun sözlərinə əsasən o, Şimali Atlantikada 24.7 dərəcə Selsi temperatur göstəricisini qeydə alıb.

Copernicus proqramının təmsilçiləri bildiriblər ki, bu rekord yay fəslinin sonuna kimi yenilənəcək. İyul ayında yüksək temperaturdan zərər çəkmiş Aralıq dənizi regionu artıq uzun zamandır ki, iqlim dəyişikliyinin ocağı hesab edilir. İspan alimlərin sözlərinə əsasən Avropadakı yüksək temperaturlu istiliyin fonunda Aralıq dənizində temperatur rekord həddə çatıb. Söhbət, 28.71 dərəcə Selsi temperatur göstəricisindən gedir. Qlobal miqyasda dünya okeanının temperaturu hər sezon yeni rekordlara imza atır. Məsələn Florida sahillərində suyun temperaturu artıq 38.3 dərəcə Selsiyə çatıb. Okeanlar sənaye dövrünün əvvəlindən insanların fəaliyyətləri nəticəsində ifraz edilmiş istiliyin 90%-ni udublar. Alimlərin sözlərinə əsasən son 20 ildə okeanlar tərəfindən udulmuş bu istiliyin həcmi iki dəfə böyüyüb.

 

JOURNALS
Useful links