News
Massaçusets Texnologiya İnstitutunun alimləri enerji istifadəsini azaldacaq superkeçirici cihaz hazırlayır
Jul 31, 2023 | 12:00 / Interesting information
Read 840 time (-s)

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları elektron cərəyan ötürülməsini gücləndirə və mürəkkəb hesablamalarda enerji istifadəsini azalda bilən səmərəli superkeçirici diod yaradıblar.

İnstitutdan bir qrup alim kvant hesablamalarına sərf olunan maliyyə vəsaitini azaltmaq üçün tədqiqatlara başlayıb və nəticədə cərəyanı indikindən daha səmərəli ötürə bilən, sadə superkeçirici cihaz əldə ediblər. Bu cihaz yüksək hesablama sistemlərinin enerji istehlakını kəskin surətdə azaltmağa proqramlaşdırılıb. İnkişafın ilkin mərhələsində olmasına baxmayaraq diod digər oxşarlarından iki dəfə artıq səmərəlidir. Araşdırmaçılar sözügedən texnologiyanı ən lazımlı sahə olan kvant hesablamalarına uyğunlaşdırmağa çalışırlar.

Massaçusets Texnologiya İnstitutunun Fizika departamentinin müdiri Caqadiş Mudera qeyd edir ki, üzərində təkmilləşdirmə əməliyyatı aparılan diod texnologiyası gələcəkdə robot qurğuları üçün də əvəzedilməz vasitə olacaq, diodun az enerji sərfi hesabına cihazda temperaturu tənzimləməsi onun ömrünü uzadacaq.

JOURNALS
Useful links