News
Photo
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Beynəlxalq Simpoziumda iştirak etmişdir.
Jul 31, 2023 | 11:00 / Conferences, assemblies
Read 1955 time (-s)

3 saylı laboratoriyanın müdiri k.e.d., professor Akif Əliyev 17-21 iyul 2023-cü il tarixlərində Türkiyə Cümhuriyyətinin Muğla/Akyaka bölgəsində Mugla Sıtkı Koçman Universitetində keçirilən “7th International Symposium on Materials for Energy Storage & Conversion” adlı Beynəlxalq simpoziumda iştirak etmişdir. Xatırladaq ki, akademik Dilqəm Tağıyev və professor Akif Əliyev bu simpoziumun əsas Təşkilat Komitəsinin  (Steering Committee) üzvləridir. Simpoziumda dünyanın müxtəlif ölkələrindən – ABŞ, Yaponiya, Almaniya, Bolqarıstan, Serbiya və s. ölkələrindən olan alimlər iştirak etmişlər. Burada hidrogen energetikasının problemlərinə həsr olunmuş 32 plenar və 100-dən artıq şıfahi məruzə dinlənilmişdir.

Simpoziumun sonunda bu beynəlxalq tədbirin 2024-cü ildə Bakıda keçirələcəyi qərara alınmışdır. 2025-ci ildə tədbirin yenidən Türkiyə, 2026-cı ildə isə Serbiyada keçiriləcəyi barədə anons verilmişdir.

JOURNALS
Useful links